Hindistanda leysan yağışları və daşqınlar nəticəsində insan tələfatı artır

  • 19:45 - 14 Avqust

Son iki həftə ərzində Hindistanın müxtəlif bölgələrində leysan yağışları və daşqınlar, həmçinin torpaq sürüşmələri nəticəsində azı 270 nəfər ölüb, milyondan artıq əhali yurd-yuvasını tərk edib, minlərlə ev də su altında qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, Kerala, Kərnətəkə, Maharaştra, Qucarat ştatlarında minlərlə hektar əkin sahələri, avtomobil və dəmiryolları sıradan çıxıb.

Leysan yağışlarının Kərnətəkə, Maharaştra, Qucarat, Mədhya Pradeş ştatlarında qarşıdakı iki gün ərzində davam edəcəyi bildirilir.


Oxunma sayı: 4742

Oxşar yazılar