Çadda partlayış törədilib, ölənlər və yaralananlar var

  • 19:28 - 14 Avqust

Çad Respublikasında terror aktı törədilib.  

Ölkənin qərbindəki Kaiqa-Kindciriya dairəsində qadın intiharçı-kamikadze özünü partladıb. 

Nəticədə aralarında bir nəfər hərbçinin də olduğu 6 nəfər ölüb, 1 neçə nəfər də yaralanıb.

Məlumata görə, Çad gölü sahilində, Niger, Nigeriya, Kamerun sərhədlərinin qonşuluğundakı Lak əyalətində baş verən hücum qonşu Nigeriyada fəaliyyət göstərən “Boko Haram” cihadçı təşkilatı tərəfindən törədilib. Hərçənd bu hadisənin məsuliyyətini hələlik heç kim üzərinə götürməyib.

“Boko Haram”ın ötən ildən etibarən Çad ərazisində azı 10 hücum törətdiyi, əsasən də, hərbçiləri hədəf aldığı bildirilir.

 

 

report


Oxunma sayı: 11320

Oxşar yazılar