PUA-larımız təhlükəsizlik zonasında fəaliyyətə başladı – Türkiyə MN-dən Suriya açıqlaması

  • 17:39 - 14 Avqust

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında ABŞ ilə koordinasiyalı şəkildə qurulması planlanan təhlükəsizlik zonası ilə bağlı məlumat yayıb.

Avropa.info xəbər verir ki, bəyanatda deyilir:

“ABŞ ilə koordinasioyalı şəkildə Suriyanın şimalında qurulması planlana təhlükəsizlik zonası çərçivəsində Şanlıurfada qurulacaq Birgə Fəaliyyət Mərkəzinin fəaliyyətə başlamasına dair fəaliyyət davam etdirilir. Regionda PUA-larımız vəzifəsini yerinə yetirməyə başlayıb”.

Xatırladaq ki, dünən Türkiyə MN Birgə Əməliyyat Mərkəzi fəaliyyəti çərçivəsində 6 nəfərlik ABŞ heyətinin Şanlıurfaya getməsi xəbərini yaymışdı.


Oxunma sayı: 5754

Oxşar yazılar