“Prezident olmaq mənə bir sərvətə baş gəlib” – Tramp itirdiyi milyardların sayını açıqladı

  • 16:50 - 14 Avqust

ABŞ prezidenti Donald Tramp bu vəzifəyə seçilməsi nəticəsində 5 milyard dollardan məhrum olub.

Avropa.info xəbər verir ki, o, bu rəqəmə biznesmen karyerasından imtina etməsi nəticəsində itirdiyi pulları, həmçinin ona qarşı açılmış məhkəmə işlərində vəkillərə xərclədiyi pulları da daxil edib.

“Prezident postuna seçilməyim mənə 3-5 milyard dollara başa gəlib. Prezident olmağım mənə bir sərvətə başa gəlir” – Tramp belə deyib.

Lakin o, bunun onu narahat etmədəyini, itirdiyi pulların vecinə olmadığını qeyd edib. 

ABŞ prezidenti vəkillərə xeyli pul xərclədiyini xüsusilə qeyd edib. Çünkü rəqibləri “hər gün” onu məhkəməyə verir. Lakin o, yenidən prezident seçilməyə niyyətli olduğunu bildirib.


Oxunma sayı: 5182

Oxşar yazılar