Vaşinqtonun Ankaraya qarşı təcrid planı:  ABŞ terror təşkilatlarını himayəsi altına alır

  • 14 Avq - 2019

“Habertürk”ün jurnalisti Məhərrəm Sarıkaya ABŞ və Türkiyə arasında mübahisə mövzusuna çevrilən, Suriyanın şimalında yaradılacaq təhlükəsizlik zonası ilə bağlı detalları açıqlayıb.

Avropa.info xəbər verir ki, Sarıkaya yazdığı məqalədə ABŞ-ın Türkiyəyə qəbul etdirmək istədiyi təhlükəsizlik xəttinin xəritələrini də paylaşıb.

“7 avqustda Ankarada ABŞ hərbi nümayəndə heyəti ilə aparılan danışıqlarda Suriyanın şimalında formalaşdırılacaq təhlükəsizlik zonası ilə bağlı razılıq əldə olduğu açıqlanmışdı. Buna qarşılıq olaraq ard-arda gələn açıqlamalar danışıqlarla bağlı bəzi işlərin səhv yöndə getdiyinin siqnalını verirdi.

Əvvəlcə Türkiyə xarici işlər naziri etirazını bildirdi, bunu müdafiə naziri Hulusi Akarın TRT-yə müsahibəsi izlədi. 

Akar bölgədə hava nəzarəti və koordinasiyasının, qurulacaq əməliyyat mərkəzinin vacibliyini qeyd edərkən, təhlükəsizlik zonasının dərinliyinin danışıqlar masasında olmasının işarəsini bu sözlərlə ifadə etdi:

“Birgə əməliyyat mərkəzi qurduqdan sonra müttəfiqlik və strateji ortaqlıq ruhuna uyğun formada irəliləməyi və amerikalı müttəfiqlərimizlə bərabər fəaliyyət göstərmək arzusu ilə bunları deyirik. Amma digər tərəfdən də adına istər “B”, istər “C” planı deyin, əgər bunlar alınmazsa, öz başımıza həyata keçirəcəyimiz fəaliyyətlər və əməliyyatlar da olacaq...”.

Bir tərəfdən amerikalı 6 nəfərlik heyət Şanlıurfada Birgə Əməliyyat Mərkəzi üçün yer axtararkən, bu bəyanatların gəlməsi ilə bağlı məsələ ilə əlaqəsi olan tərəflərə “Problem nədir?” sualını verdim.

Anladım ki, “Birgə Əməliyyat Mərkəzinin strukturu, hava nəzarəti və koordinasiyası” məsələsində hər şey yolunda gedir.

Ancaq təhlükəsizlik zonasının qurudakı dərinliyi və nəzarətinin necə olacağı məsələsindəki problemlər hələ həll olunmamış qalır.

Hər iki tərəfin də verdiyi məlumata görə, ABŞ bəzi məsələlərdə ilk mərhələdəki sərt mövqeyini yumşaltmaqla yanaşı, təhlükəsizlik zonasının hansı zolağının və məntəqələrin tam nəzarətində olması məsələsində sərt mövqeyində qalır. 

Yumaşaldığı ən vacib detal isə sərhədin genişliyi və hava virtual təhlükəsiz zonasına dair məsələlərdir. 

Çünki ABŞ əvvəl 140 km uzunluqda təhlükəsizlik zonasının yaradılmasını istəyərkən dərinlik üçün də 9 mil (14 km) təklif etmişdi.

Məlum olduğu qədər, ABŞ danışıqlar nəticəsində inadından geri çəkilmiş və uzunluq məsələsində mövqeyini yumşaldıb “bütün sərhəd boyunca” təhlükəsizlik zonasının yaradılmasını qəbul edib.

Ancaq bu güzəşt üçün də qoyulan şərtlər var. Şərtə görə eynən kağız üzərində olan Mənbic razılaşmasında olduğu kimi türk təhlükəsizlik qüvvələri yaşayış məntəqələrinin heç birinə daxil olmayacaq.

Sərhəd boyu Kobani, Tal Abyad, Suluk, Resulayn, Derbesiyah, Qamışlı və əhalisinin kürdlərdən təşkil olunduğu rayonlar daxil yaşayış məntəqələrinin nəzarəti təhlükəsizlik prosedurası səbəbi ilə yerli mülki və hərbi şuralar və qüvvələr tərəfindən təmin olunacaq.

Türkiyə bu yaşayış məntəqələrində PKK və ya digər terror təşkilatları ilə əlaqəsi olan şəxsləri müəyyən edərsə, mərkəzdən çıxarılmasını, mülki və ya hərbi şurada təmsil olunmamasını istəyə biləcək.

ABŞ bundan əlavə Kobani, Derbesiyah kimi kürd əhalinin çoxluq təşkil etdiyi rayon və yaşayış məntəqələrində türk təhlükəsizlik qüvvələrinin olmasını qəti şəkildə istəmir, şəhər ətrafında qalmasının lazımlığını qeyd edir.

Türkiyənin müsbət baxmadığı ABŞ-ın təklif planı bununla da qalmır, nəzarətin fərqli formada təşkil olunacağı 5 km, 9 km və 4 km qalınlığında üç təhlükəsizlik zolağı da formalaşdırır.

Danışıqlardan xəbərdar olan vəzifəli şəxsin dediyi kimi 5 km xaricində səlahiyyəti bölüşməyin tam nəzarəti əlində tutmaq istəyir.

Rəsmi Ankara kağız üzərində qalan Mənbic planına bənzər plana etirazını bildirərkən, ABŞ mənbələri də hələ bir nəticə əldə olunmadığını, prosesin qeyri-müəyyənliklərlə dolu olduğunu qeyd edir.

ABŞ tərəfindən təklif olunan üç zolaqlı təhlükəsizlik zonasının strukturu bu formadadır:

1.Birgə zolaq: Daha əvvəl YPG və SDQ nümayəndələrinin dediyi kimi 5 km olması arzu edilən ilk zolaqda türk və ABŞ hərbçiləri birgə patrul xidməti aparacaq. YPG/PKK qüvvələri bu zolaq daxilində olmayacaq. Ancaq şəhər mərkəzlərinə və kürd yaşayış məntəqələrinə də türk hərbçiləri daxil olmayacaq, kənarda qalacaqlar. Məntəqələrdə tam nəzarət ABŞ və yerli mülki, hərbi şuraların əlində olacaq. Türkiyə tərəfi müəyyən etdiyi şəxsləri olduğu halda çıxarılmasını istəyəcək. Kağız üzərində qalan Mənbic razılaşması burada həyata keçiriləcək.

2.ABŞ-ın ağır silahlara nəzarət zolağı: Regiondakı iri yaşayış məntəqələrinin demək olar ki, hamısını əhatə edən 5 kilometrlik zolağın aşağısında 9 kilometrlik ikinci zolaq qurulur. ABŞ üzərində fəaliyyətini davam etdirdiyi bu zolağa tam nəzarət edir, Türkiyə ilə bölüşmür. Bu zolağın daxilində isə YPG qüvvələri ağır silahları olmadan təmsil oluna biləcək. Ancaq YPG-nin bütün ağır silahları 5 km ilə birgə 14 km-ə çatan ikinci zolağın altına enəcək. 5 km-də özləri, ardınca gələn 9 km-lik zolaqda ağır silahları olmayacaq.

3.Əlavə 4 km-də ola bilər: ABŞ tərəfi bununla yanaşı Türkiyənin ilk mərhələdə təklif etdiyi ABŞ prezidenti Donald Tramp tərəfindən də səsləndirilən 32 km-lik təhlükəsizlik zonasının bütövlüklə Birgə Əməliyyat Mərkəzindən havadan nəzarətinə müsbət baxır. Ancaq 5 kilometrlik birgə patrul sahəsi sonradan 9 kilometrlik əraziyə, 4 km də əlavə olunaraq 18 kilometrədək artırılacaq və M4 avtomobil taraşının yaxınına qədər çatacaq ağır silahlardan təmizlənmiş ikinci zolağı tam əlində saxlamaq məsələsində qətiyyətlidir.

Havadan virtual təhlükəsizlik bölgəsi

Beynəlxalq münasibətlər mövzusunda yazan ABŞ-ın “Foreing Policy” jurnalının Yaxın Şərq üzrə direktoru Aron Şteym bu məlumatı paylaşıb. 

Şteyn Türkiyənin təklif etdiyi 32 kilometrlik zolaq daxilində hətta daha da irəlidə PUA-larla virtual təhlükəsizlik zonası formalaşdırıla biləcəyini, birgə hərəkat mərkəzindən Türkiyə və ABŞ qüvvələrinin birgə əməliyyatı ilə  yaradılacaq “havadan virtual təhlükəsizlik zonasında” Suriya Demokratik Qüvvələrinin fəaliyyətlərinin canlı izlənərək görülməsi lazım olan fəaliyyətlər məsələsində razılığa gəlinəcəyini qeyd edib. Hətta ABŞ-ın bu məsələdə Türkiyəni inandırıla bilməsi üçün birgə fəaliyyət mərkəzini həyata keçirməyi qarşısına məqsəd qoyduğu da qeyd olunub.

Hər iki tərəfin sızdırdıqları məlumatlardan irəli gələrək, Türkiyənin gözləntilərinə cavab verilmədiyi, ancaq işin ABŞ-ın müqavimətinin də qırıldığı bir nöqtəyə gəlib çatmasından da danışmaq olar.

Ancaq ortada kağız üzərində qalan Mənbic razılaşması da varkən Türkiyə bu mərhələdə məsələni sadəcə etiraz bildirməklə qalmayıb, bir addım irəli apararaq Əl-Bab, Afrindəki kimi təhlükəsizlik zonanı tək tərəfli quracaq.

Hadisə yerində olan və regionu bilən ORSAM üzvü Oytun Orxan regionun şəhər mərkəzlərinin radiusunun 1 km-i keçmədiyini qeyd edir.

ABŞ-ın şəhər mərkəzlərinə və kürd yaşayış məntəqələrinə türk əsgərinin ayaq basmaması, nəzarəti tam əlində saxlaması kimi şərtlərin Ankaranı birtərəfli qaydada təhlükəsizlik zonası formalaşdırmağa sövq edəcəyi bildirilir. 

Orxan 5 km, 9 km və 4 km-lik kimi göstərilən üç zolaqlı sistemin mənfi tərəflərinə diqqət çəkib:

“Bu dəfə Mənbicə bənzəyəcəyini sanmıram, amma çətinlikləri də çoxdur”.

Məlum olduğu kimi Suriya hər yeni gün yeni şərait yaradacaq, 11 sentyabrda Ankarada keçiriləcək Putin və Ruhaninin də iştirak edəcəyi üçtərəfli sammit ilə BMT iclasından sonra keçirilməsi planlanan ABŞ və Fransa liderlərinin də iştirak edəcəyi dördtərəfli sammit baş verənlərə işıq tutacaq.


Oxunma sayı: 1046

Oxşar yazılar