Sumqayıtda yataqxanada acınacaqlı durum: 8 ailə mənzil, yaxud kompensasiya verilməsini istəyir – Video

  • 14 Avq - 2019

Sumqayıt Dövlət Universitetinin 1 saylı tələbə yataqxanasında yaşayan 8 ailə Avropa.info-ya müraciət edib.

Sakinlər müraciətində 19 ildir həmin yataqxanada yaşadıqlarını bildiriblər. Onlar qeyd edirlər ki, bir müddət əvvəl yataqxanada məskunlaşan məcburi köçkünlər yeni yaşayış kompleksində mənzillə təmin olunub və yataqxanadan köçüblər. 

"Sumqayıt qeydiyyatında olan sakinlər isə Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə olunduq.  Sumqayıt şəhər İcra Hakimiyyətindən bizə bildirdilər ki, balansımızda mənzil yoxdur.  İcra Hakimiyyətinin nümayəndələri bizə mənzillərə görə kompensasiya ödəyə bilməyəcəklərini dedilər", deyə sakinlər qeyd edirlər.

Müraciət edənlər həmçinin bildiriblər ki, bir aydır yataqxananın suyu və işığını kəsiblər: "Yataqxanada yaranan antisanitar vəziyyətdən uşaqlarımızın bədəni yara töküb. 

Yataqxana sakini Elsevən Məmmədov Avropa.info-ya videomüracət də göndərib. Həmin videomüracəti təqdim edirik.

Avropa.info mövzu ilə bağlı Sumqayət şəhər İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazır olduğunu bildirir.
 

 


Oxunma sayı: 1145

Oxşar yazılar