Erməni əsilli ABŞ generalından İncirlik açıqlaması

  • 14 Avq - 2019

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun “ABŞ-ın S-400 hədələrinə İncirlik aviabazası ilə cavab veriləcək” bəyanatını şərh edən ABŞ HHQ Avropa və Afrika komandanı general Cefri L. Harrigiyan telefonla mətbuat üçün brifinq keçirib.

Avropa.info xəbər verir ki, general Cefri L. Harrigiyan jurnalistlərə açıqlamasında “Diqqətimizi hərbi əməkdaşlığa yönəltməyə davam edirik, bu münasibətlərimiz çox güclü qalır. Türkiyə HHQ bizə dəstək verməyə davam edir” deyib.

“İncirlikdəki hər hansı əməliyyata təsir ilə bağlı narahatçılığım yoxdur. Hərbi mənada əməkdaşlığımız davam edir və burada heç bir dəyişiklik görmürəm”.


Oxunma sayı: 1376

Oxşar yazılar