Jirinovski NATO təyyarələrini vurmağa çağırdı

  • 14 Avq - 2019

Rusiyanın LDPR partiyasının sədri Vladimir Jirinovski müdafiə naziri Sergey Şoyqunun olduğu təyyarəyə NATO qırıcılarının yaxınlaşması cəhdini şərh edib.

Avropa.info xəbər verir ki, onun sözlərinə görə, Rusiyanın yüksəkvəzifəli şəxslərinin riskə məruz qalmasına imkan vermək lazım deyil.

“Xarici ölkələrinin hərbi təyyarələrinin Rusiya təyyarələrinə yaxınlaması halında onları vurmaq lazımdır” – Jironovski deyib.

O, belə edildiyi halda NATO-nun gələcəkdə bir daha belə etməyəcəyini bildirib.


Oxunma sayı: 353

Oxşar yazılar