“Facebook”dan etiraf: İstifadəçilərimizin səsli mesajlarını dinləmişik

  • 14 Avq - 2019

“Facebook” konserni istifadəçilərinin səsli mesajlarını deşifrlə etmək üçün kənar şirkətlərin xidmətindən istifadə edib.

Avropa.info xəbər verir ki, bu barədə “Facebook”un açıqladığı etiraf bəyanatında deyilir.

“Facebook” nümayəndələrinin sözlərinə görə, istifadəçilərin danışıqlarının dinlənilməsi və yazılması sonuncuların razılığı əsasında olub və daha təcrübədən keçirilmir. Sənədə əsasən şirkət “Messenger” xidmətinin çatı ilə göndərilən anonim səs yazılarını öz robot-proqramının effektivliyini yoxlamaq üçün deşifrlə edib. İnformasiya toplamağın məqsədi isə istifadəçilərin tələblərinə və reklam elanlarına cavab vermək olub.

Səs yazılarının şifrlərini çözən şirkətlər yazılarının mənbəyi barədə məlumat verilmədiyini və məqsədin onlara məlum olmadığını bildiriblər. Bundan əlavə “Facebook” onların səs yazılarının üçüncü tərəfin əlinə düşə bilməsi ilə bağlı öz istifadəçilərinə xəbərdarlıq etməyib.

Xatırladaq ki, 2018-ci ilin aprelində “Facebook”un rəhbəri Mark Zukerberqin istifadəçilərin danışıqlarının dinlənilməsi ilə bağlı iddianı inkar etmiş, bunu uydurma adlandırmışdı.

2019-cu ilin iyul ayının sonunda isə “Facebook” ABŞ dövləti tərəfindən şəxs məlumatların mühafizəsi şərtlərini pozduğu üçün 5 milyard dollar məbləğində cərimələnmişdi.


Oxunma sayı: 584

Oxşar yazılar