Merkel etiraf etdi: Yorulmuşam, yatmaq istəyirəm

  • 13 Avq - 2019

Almaniya kansleri Angela Merkel 2021-ci ildə siyasətdən gedəcəyini elan edib. 

Bu barədə Merkel “Ostsee-Zeitung” qəzetinin əməkdaşları ilə görüşü zamanı deyib.

Kansler səlahiyyət müddətinin bitməsindən sonra aktiv siyasi fəaliyyətlə məşğul olmayacağını bildirib. Merkel jurnalistlərə dincəlmək istədiyini də etiraf edib.

“Mən azacıq yatmaq istəyərdim. Əgər bu alınsa, daha sonra mən ərim, dostlarımla birlikdə konsertə, operaya gedəcəyəm”, - Merkel bildirib.


Oxunma sayı: 870

Oxşar yazılar