Azərbaycan tankçıları Beynəlxalq Ordu Oyunlarının finalına vəsiqə qazanıb

  • 19:00 - 13 Avqust

Rusiyada keçirilən V Beynəlxalq Ordu Oyunlarının "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan komandası finala vəsiqə qazanıb.

APA-nın verdiyi məlumata görə, "Tank biatlonu" müsabiqəsinin finalına Azərbaycan tankçıları ilə yanaşı Rusiya, Belarus və Qazaxıstan tankçıları da vəsiqə qazanıblar.

Qeyd edək ki, bu müsabiqənin final mərhələsi avqustun 17-də Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda baş tutacaq. Həmin gün həm də Beynəlxalq Ordu Oyunlarının bağlanış mərasimi keçiriləcək.


Oxunma sayı: 1376

Oxşar yazılar