Ukraynada bu il 57 mindən çox insan qızılca xəstəliyinə tutulub

  • 13 Avq - 2019

Bu ilin əvvəlindən Ukraynada 57 min 107 nəfər qızılca xəstəliyinə tutulub. 

Avropa.info Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qızılca xəstəliyinə tutulanların 30 min 197-si uşaq olub. Hesabat dövründə 18 nəfər qızılcadan həyatını itirib. 

Avqust ayında qızılca xəstəliyinə yoluxma daha çox paytaxt Kiyev şəhərində və Kiyev vilayətində qeydə alınıb.


Oxunma sayı: 496

Oxşar yazılar