Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb

  • 13 Avq - 2019

Boliviyada avtobusla yük maşınının toqquşması nəticəsində 11 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “ABI” agentliyi məlumat yayıb.

Hadisə ötən gün baş verib. Ölənlərin arasında uşaq və hamilə qadın da olub. Hazırda ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir.

 

İnsidentin səbəbləri kimi yük maşınının qarşı yola çıxması və onun sürücüsünün sərxoş olması ehtimal edilir.


Oxunma sayı: 331

Oxşar yazılar