Cavad Zərif Fars körfəzini barıt çəlləyinə bənzədib

  • 13 Avq - 2019

ABŞ silah ticarəti sayəsində Fars körfəzini barıt çəlləyinə çevirib. 

Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. 

Onun sözlərinə görə, bir il ərzində rəsmi Vaşinqton region ölkələrinə 50 mlrd dollarlıq silah-sursat satıb. Zərif onu da əlavə edib ki, BƏƏ bu ticarətə 22 mlrd, Səudiyyə Ərəbistanı isə 87 mlrd dollar vəsait sərf edib. 



“Əgər regiondakı təhlükə barədə danışırsınızsa, o zaman bilin ki, təhlükə bölgəni silahla dolduraraq onu partlamağa hər an hazır edən ABŞ-dan və onun müttəfiqlərindən gələ bilər”, - deyə Zərif vurğulayıb.

 

apa


Oxunma sayı: 760

Oxşar yazılar