Uesli Sneyder karyerasını bitirib

  • 12 Avq - 2019

Hollandiya millisinin sabiq futbolçusu Uesli Sneyder karyerasını bitirməyi qərara alıb.  

Bunu 35 yaşlı yarımmüdafiəçi ölkəsində verdiyi müsahibəsində açıqlayıb. 

O bildirib ki, bundan sonra oyunçu kimi meydana çıxmayacaq.  



Futbola "Ayaks"ın aşağı yaş qruplarında başlayan U. Sneyder peşəkar karyerasına bu komandanın əsas heyətində oynamaqla başlayıb. O, ardınca "Real" (İspaniya, Madrid), "İnter" (İtaliya), "Qalatasaray" (Türkiyə), "Nitsa" (Fransa) və "Əl-Qarafa" (Qətər) klublarının formasını geyinib.  

Karyerasında 573 rəsmi oyuna çıxan hollandiyalı 152 qol vurub və 142 məhsuldar ötürmə verib. O, 1 dəfə Çempionlar Liqasının, 1 dəfə klublararası dünya çempionatının, 2 dəfə Hollandiya, 1 dəfə İspaniya, 1 dəfə İtaliya, 2 dəfə Türkiyə çempionatının qızıl medalını qazanıb. U. Sneyder həmçinin 2 dəfə Hollandiya, 3 dəfə Türkiyə, 2 dəfə İtaliya kubokunun sahibi olub. O, "Qalatasaray"la 3 dəfə, "Real", "İnter" və "Ayaks"ın hərəsi ilə 1 dəfə Superkuboka da yiyələnib.  

U. Sneyderin son klubu "Əl-Qarafa" olub. 

 

 

apa


Oxunma sayı: 419

Oxşar yazılar