“Barselona” Neymarla bağlı danışıqları dayandırıb

  • 12 Avq - 2019

İspaniyanın “Barselona” klubu sabiq futbolçusu Neymarı geri qaytarmaq üçün Fransa təmsilçisi PSJ ilə danışıqları dayandırıb.

“Report”un sports.es saytına istinadən verdiyi məlumatına görə, kataloniyalılar fransızların sərt mövqeyindən narazıdırlar. PSJ Neymarın qarşılığında “Barselona”dan Nelson Semedu, Filppe Koutinyo və 50 milyon avro istəyir.

Lakin qarşı tərəf Semedunu verməyi düşünmədiyi üçün danışıqları dayandırıb.

Qeyd edək ki, Neymar iki il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə müqaviləsi 2022-ci ilədək qüvvədədir.


Oxunma sayı: 826

Oxşar yazılar