Gürcüstanın “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb

  • 12 Avq - 2019

Gürcüstanın müxalif “Rustavi 2” televiziya kanalı satışa çıxarılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə televiziyanın sahibi, iş adamı Kibar Xalvaşi bəyanat yayıb.

O, televiziyanın ən yüksək qiymət təklif edəcək şəxsə satılacağını bildirib.

K.Xalvaşi “Rustavi 2”nin ciddi maliyyə böhranı yaşadığını qeyd edib.

Kanal rəhbəri ciddi niyyəti olan və 1 milyon dollar bank zəmanəti təqdim edəcək şəxslərlə müzakirə aparmağa hazır olduğunu deyib.

O, “Rustavi 2” kanalının yenidən uğurlu şirkət olacağına ümid etdiyini vurğulayıb. 


Oxunma sayı: 573

Oxşar yazılar