Rəsmi Kiyev Putinin Krıma səfərinə etiraz edib

  • 12 Avq - 2019

Ukrayna Rusiya Prezidenti Vladimir Putinin Krıma səfərinə rəsmi etirazını bildirib.

 Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, bu səfər Rusiya rəsmilərinin, Ukrayna tərəfinin razılığı olmadan ilhaq edilmiş Krıma əvvəlki səfərləri kimi Ukraynanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması deməkdir.

Qeyd edək ki, Putin avqustun 10-da Krıma səfər edib. O, “Gecə canavarları” klubunun Sevastopolda təşkil etdiyi şouda iştirak edib.

 


Oxunma sayı: 639

Oxşar yazılar