Kolumbiyada aviaşou zamanı iki hərbçi yüksəklikdən yıxılaraq həlak olub - VİDEO

  • 12 Avq - 2019

Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.

"Report" yerli "Tyempo" qəzetinə istinadən xəbər verir ki, faciə paradın bir hissəsini yerinə yetirəndə baş verib.

Hərbçilər böyük yüksəklikdən yerə düşüb. Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını tutaraq vertolyotdan trosla nisbətən aşağı endirilib və vertolyot bu vəziyyətdə hərəkətdə olub. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi bayraqla birgə yerə çırpılıb.

Hazırda paradın keçirildiyi zona bağlanıb, hadisə ilə bağlı araşdırma aparılır.

 

Sergio [email protected]

Dos militares colombianos murieron esta tarde, al caer al vacío desde un helicóptero, durante un desfile en la Feria de las Flores de Medellin. #11ago

Встроенное видео

156

03:51 - 12 авг. 2019 г.

Информация о рекламе в Твиттере и конфиденциальность

426 человек(а) говорят об этом


 


Oxunma sayı: 672

Oxşar yazılar