Türk Qızılayı dünyanın 51 ölkəsində qurban kəsəcək

  • 11 Avq - 2019

Türkiyənin Qızıl Aypara Cəmiyyəti dünyanın 51 ölkəsində qurban kəsəcək.

Avropa.info xəbər verir, xeyirsevər vətəndaşların dəstəyi ilə həyata keçirilən kampaniyaya bayram namazından sonra start verilib.

Kəsilən qurbanlıqların Türkiyə də daxil olmaqla dünyanın 51 ölkəsində ehtiyacı olan 4,5 milyon insana paylanması nəzərdə tutulur.

Türkiyədə kəsiləcək qurbanlıqların bir hissəsi bişirilib qovurma halına salınaraq 800 qramlıq qablaşdırmalarda sahiblərinə çatdırılacaq.

Bu il ilk dəfə olaraq 5 və 10 kiloluq qablaşdırmalarda da ətlərin paylanması nəzərdə tutulub.


Oxunma sayı: 1134

Oxşar yazılar