Lionel Messi İspaniya La Liqasının bir neçə oyununu buraxa bilər

  • 20:20 - 11 Avqust

İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi İspaniya La Liqasının ilk turlarını buraxa bilər. 

Buna səbəb futbolçunun zədələnməsidir. 

Klubun baş məşqçisi Ernesto Valverde bildirib ki, Messi avqustun 6-da komandanın məşqində zədələnib. Argentinalı hücumçu “Napoli” yoldaşlıq görüşündə meydana çıxmayıb. 

Qeyd edək ki, İspaniya La Liqasının birinci turunda “Barselona” avqustun 16-da “Atletik Bilbao” ilə qarşılaşacaq.


Oxunma sayı: 6139

Oxşar yazılar