Gürcüstanda azərbaycanlı külli miqdarda heroinlə tutuldu

  • 11 Avq - 2019

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda narkotik vasitələrin qanunsuz əldə olunmasında şühbəli bilinən şəxs saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1981-ci il təvəllüdlü A.K. adlı şəxsin üzərinə baxış zamanı iki bağlamada 60 qram çəkidə heroin müsadirə olunub.

Faktla bağlı araşdırma aparılır. Saxlanılan şəxsi 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.


Oxunma sayı: 419

Oxşar yazılar