Moldovada qasırğa və dolu kənd təsərrüfatına ciddi ziyan vurub

  • 11 Avq - 2019

Moldovada qasırğa və dolu ölkənin müxtəlif bölgələrində 100 hektara yaxın bağ və kənd təsərrüfatı sahəsini məhv edib.

 Moldova Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar üzrə İnspektorluğun yaydığı məlumatda dolu və leysan yağışının 35 hektar bağ və 58 hektar qarğıdalı sahəsini yararsız hala saldığı bildirilir.

Bundan başqa, qasırğa bir çox şəhərlərin dövlət binalarının dam örtüyünü uçurub. Hazırda xüsusi komissiya dəyən ziyanın miqdarını müəyyənləşdirir.

 


Oxunma sayı: 331

Oxşar yazılar