İranda silahlı hücum nətiçəsində iki əsgər öldürülüb

  • 11 Avq - 2019

İranın Qərbi Azərbaycan vilayətindəki Maku şəhəri yaxınlığında bir qrup terrorçu ilə İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri arasında silahlı toqquşma baş verib.

Avropa.info xəbər verir ki, toqquşma nəticəsində iki əsgər həlak olub. Buna baxmayaraq, əsgərlər 200-dən artıq silahın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını ala biliblər. Hərbi sursat müsadirə edilib.

Maku şəhərinin icra başçısı bildirib ki, sərhədi qanunsuz yolla keçməyə cəhd edən terrorçular daha bir əsgəri ağır yaralayıblar. Hadisə yerinə gələn əlavə qüvvələr silahlıları təqib etməyə başlayıblar. Lakin terrorçular gizlənməyə müvəffəq olublar.


Oxunma sayı: 716

Oxşar yazılar