“Pəncə” əməliyyatı davam edir: Türk ordusu son dörd gün ərzində 19 terrorçu zərərsizləşdirib

  • 11 Avq - 2019

Türkiyə silahlı qüvvələri tərəfindən İraqın şimalında PKK terror təşkilatına qarşı davam etdirilən “Pəncə” əməliyyatı çərçivəsində son dörd gün ərzində 19 terrorçu zərərsizləşdirilib. Əməliyyatlar Haftanin, Hakurk və Qara bölgələrində həyata keçirilib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində terror təşkilatına məxsus külli miqdarda silah-sursat ələ keçirilib, bir sıra sığınacaqlar dağıdılıb.


Oxunma sayı: 1090

Oxşar yazılar