Braziliyada gecə klubuna silahlı hücum nəticəsində 5 nəfər öldürülüb

  • 11 Avq - 2019

Braziliyanın cənubundakı Mostardas şəhərində gecə klublarından birinə silahlı hücum edilib.

Bir qrup silahlı şəxs gecə klubuna daxil olaraq orada olan işçilərə və müştərilərə atəş açıblar. Nəticədə 5 nəfər ölüb, dörd nəfər ağır yaralanıb.

Silahlı şəxslər üzlərini gizlədiblər və klubda olan şəxslərin qiymətli əşyalarını, telefonlarını və pulqablarını götürdülər. Hazırda polis onların yaxalanması üçün axtarış-əməliyyat tədbirləri həyata keçirir.


Oxunma sayı: 496

Oxşar yazılar