Quterreş Liviyada BMT sülhməramlılarına hücumu qınayıb

  • 11 Avq - 2019

BMT-nin baş katibi Antoniu Quterreş Liviyada avtomobilin partladılması və iki təşkilat əməkdaşının ölümü, eləcə də üç nəfərin də yaralanması ilə nəticələnən insidenti qınayıb.

Bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı açıqlamada deyilir.

“Baş katib Benqazidə avtomobilin partladılmasını sərt şəkildə qınayır. Partlayış zamanı iki BMT əməkdaşı ölüb, daha üç nəfər də yaralanıb”, - deyə açıqlamada qeyd olunur.

 

 

 

Qeyd edək ki, Liviyada sülhməramlılara hücum xəbəri yayıldıqdan sonra Fransa hökuməti BMT Təhlükəsizlik Şurasının təcili görüşünün çağırılması təklifini irəli sürüb.


 


Oxunma sayı: 320

Oxşar yazılar