Qırğızıstanda Almaz Atambayevin tərəfdarlarının və qohumlarının həbsi davam edir

  • 11 Avq - 2019

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin xüsusi təyinatlılarla saatlarla davam edən döyüşdən sonra təslim olması, deyəsən, onun özünə və tərəfdarlarına baha başa gələcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Qırğızıstanın hüquq-mühafizə orqanları A. Atambayevin prezidentliyi dövründə aparat rəhbəri və müşaviri vəzifələrində çalışmış Fərid Niyazovu həbs edib.

Bişkek şəhərinin Pervomaysk rayon məhkəməsi onu bu ilin oktyabrın 8-nə qədər istintaq təcridxanasında saxlanılması haqqında qərar qəbul edib.

Bundan başqa, Almazbek Atambayevin bacısı oğlu Nurbek Şarşenov və Qırğızıstan Sosial Demokrat partiyasının üzvü Kunduz Acıbekov da istintaqa çağırılıb.

“Sputnik-Kırgızıstan” saytının verdiyi məlumata görə, onların hər ikisi 7-8 avqust hadisələri ilə bağlı dindiriliblər.

Hüquq-mühafizə orqanları bu vaxta qədər keçmiş prezidentin bir çox yaxın ismi, o cümlədən parlament deputatları İrina Karamuşkina, Asel Koduranova, keçmiş müşavir Kunduz Joldubayeva, habelə oğlu Seyitbek Atambayevi izahat verməyə çağırıb.

Bu arada A.Atambayevin Göy Daş kəndindəki evindən tapılan silahlar da göstərilib. Bunlar “Draqunov” snayper tüfəngi, “Simonov” tüfəngi, “Kapral” tapança-pulemyotu, “TT” tapançası, iki “GM-100” tapançası, “Sayqa” karabini, “Fabam”, “Zoli” və “Progress” tüfəngləridir.

В селе Кой-Таш Аламединского района после задержания сотрудниками МВД бывшего президента Алмазбека Атамбаева, в ходе осмотра его дома милиционерами обнаружены и изъяты различные виды огнестрельного оружия и боеприпасы.

Oxunma sayı: 1409

Oxşar yazılar