Türkiyə Kiprin şimalında neft-qaz yataqlarının kəşfiyyatını dayandırmayacaq

  • 11:20 - 11 Avqust

Türkiyənin “Yavuz” geoloji kəşfiyyat gəmisi Şimali Kiprin sahillərində neft və qaz axtarışlarına başlayıb.

Bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.

Onun sözlərinə görə, ərazidə 1700 metr dərinliyində quyular qazılıb.

Nazir əlavə edib ki, kəşfiyyat işləri 2,5-3 ay ərzində davam edəcək: “Biz qanuni hüquqlarımıza uyğun olaraq qazma işlərini davam etdirəcəyik”.


Oxunma sayı: 12013

Oxşar yazılar