Çində şiddətli qasırğa 22 nəfərin həyatına son qoyub

  • 10:20 - 11 Avqust

Çində “Lekima” qasırğası azı 22 nəfərin həyatına son qoyub, daha 10 nəfər itkin düşmüş hesab olunur.

Güclü yağışlar Vençjou şəhərində dağ uçqununa gətirib çıxarıb. Qaya parçalarının çay axınının qarşısını kəsməsi nəticəsində 120-yə yaxın insan suların əhatəsində qalıb. Axtarış-xilasetmə işlərinə yüzlərlə polis və yanğınsöndürən cəlb edilib.

Bu il sayca doqquzuncu qasırğa Çin sahillərinə avqustun 10-da yerli vaxtla saat 1:45-də yetişib. Küləyin maksimal sürəti saniyədə 52 metrə çatıb. Qasırğa ilə bağlı ən yüksək – “qırmızı” həyəcan səviyyəsi elan olunub.

 

 

 

 


Oxunma sayı: 5963

Oxşar yazılar