Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb

  • 10:00 - 11 Avqust

Bakının Nizami rayonu ərazisində qadına bıçaqla xəsarət yetirilib. 

APA xəbər verir ki, 1986-cı il təvəllüdlü Ağayeva Əfsanə Bahadur qızı metronun "Koroğlu" stansiyasının yaxınlığında bıçaqlanıb. 

Hazırda xəstəxanada olan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. 



Hadisə şahidlərinin sözlərinə görə, Ə.Ağayeva yaxın tanışı olan bir kişi ilə mübahisə zamanı bıçaq xəsarəti alıb. 

Hazırda fakt polis tərəfindən araşdırılır. 


Oxunma sayı: 5600

Oxşar yazılar