Çempion darmadağına sevinib, “Tottenhem” əzmkar qələbə qazanıb

  • 23:53 - 10 Avqust

İngiltərə Premyer Liqasında ilk tur davam edir.

İkinci oyun günündə 6 qarşılaşma keçirilib.

Günün ən məhsuldar matçı son çempionun iştirakı ilə olub. “Mançester Siti” səfərdə “Vest Hem”i 5 cavabsız qolla məyus edib. Rahim Sterlinq mövsümün ilk het-trikinə imza atıb.

 

“Bernli” və “Brayton” da mövsümə darmadağınla start veriblər. “Tottenhem” “Aston Villa” üzərində əzmkar qələbə qazanıb. Digər iki görüşdə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

İngiltərə Premyer Liqası

I tur

10 avqust

“Vest Hem” – “Mançester Siti” – 0:5

Jezus, 26, Sterlinq, 51, 75, 90, Aquero, 86 (pen.)

“Bornmut” – “Şeffild Yunayted” – 1:1

Mefam, 62 – Şarp, 88

“Bernli” – “Sauthempton” – 3:0

Barnes, 63, 70, Qudmundsson, 75

“Kristal Pelas” – “Everton” – 0:0

“Uotford” – “Brayton” – 0:3

Dukur, 28 (avtoqol), Andone, 65, Maupay, 77

“Tottenhem” – “Aston Villa” – 3:1 Ndombele, 74, Keyn, 86, 90 - Makqinn, 9


Oxunma sayı: 6117

Oxşar yazılar