Yəmən prezidentinin sarayı mühasirəyə alınır

  • 10 Avq - 2019

Yəmənin iqtisadi mərkəzi olan Ədən şəhəri Cənubi Keçiş Şurasına (STC) bağlı hərbi birləşmələr tərəfindən nəzarətə alınmaq astanasındadır.

Dörd gündür davam edən şiddətli döyüşlərdən sonra şəhərdə orduya məxsus üç kazarmanı ələ keçirən STC separatçıları prezident iqamətgahını mühasirəyə almaq üçün əməliyyat keçirirlər.

Hələ bu gün səhər müdafiə naziri Məhəmməd əl Məqdisi və baş qərargah rəisi Abdulla əl Nəhayi ölkənin beynəlxalq səviyyədə tanınmış prezidenti Əbd Rəbbo Mansur Hadiyə dəstək bildirərək silahlı qüvvələrin “ölkənin bütövlüyünə və sabitliyinə qəsd edənlər”i çökdürəcəyini bildirməsindən cəmi bir neçə saat sonra şəhərdə vəziyyət tamamilə dəyişib, separatçılar hökumət qüvvələrini strateji nöqtələrdən vurub çıxardıblar.

Son 24 saat ərzində döyüşlərdə 23 nəfərin həlak olduğu bildirilir ki, bunlardan azı 10 nəfər mülki sakinlərdir.

 

 

report


Oxunma sayı: 936

Oxşar yazılar