Sumqayıtda mebel sexi yanıb, bir yanğınsöndürən xəsarət alıb - FOTO - YENİLƏNİB

  • 20:49 - 10 Avqust

Sumqayıt şəhərində mebel sexi yanıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 1000 m² olan mebel sexi yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.​

***

17:32

Sumqayıt şəhərində mebel sexi yanır.

Yanğın şəhərin Çerkassi küçəsində yerləşən mebel sexində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi üçün tədbirlər görülür. Yanğının söndürülməsi zamanı bir yanğınsöndürən xəsarət alıb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliliyi də məlumat yayıb.

APA-nın xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhəri, 18-ci mikrorayonda mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

1 / 4


 


Oxunma sayı: 13773

Oxşar yazılar