Qonşularımız ağıllarını başına toplasın! - Akardan xəbərdarlıq

  • 10 Avq - 2019

Qonşularımız ağıllarını başına toplasın.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Kiprdəki Türkiyə Sülh Qüvvələri Qərargahını ziyarət edərkən deyib. O,Türkiyənin Kiprdəki türklərin təhlükəsizliyini təmin etməyə çalışdığını bildirib:

“Əsas məqsədimiz ayrılmaz bir parçamız olan kiprli türk qardaşlarımızın buradakı varlıqlarını və təhlükəsizliklərini təmin etməkdir. Bunu davam etdirmək üçün əlimizdən nə gəlibsə, etmişik, bundan sonra da belə davam etməyə qərarlıyıq”.

Akar Türkiyəyə aid gəmilərin qazıntı işlərinə davam etdiyini, TSQ-nın əlaqədar bölmələrinin bu fəaliyyətə dəstək verdiyini söyləyib:

“Biz “sülh” dedikcə bunu zəiflik, “Lazım gələndə haqqımızı alacağıq” deyəndə isə təhdid kimi başa düşürlər. Dolayı yolla qonşularımızın ağıllarını başına toplamaları, hadisəyə obyektiv baxmaları lazımdır”.


Oxunma sayı: 903

Oxşar yazılar