Parisdə “sarı jiletlilər” yenidən küçələrə çıxdılar

  • 10 Avq - 2019

Parisdə “sarı jiletlilər” hərəkatı növbəti etiraz aksiyasını keçirir.

Səhər saatlarında paytaxtın XVII dairəsində toplaşan sarı geyimli fəallar dinc tərzdə kafelərdə əyləşib bir yerdə qəhvə içərək söhbət etdikləri halda arabir küçədə nümayişçilər fit çalaraq “Emaniel Makron, buradayıq!” şüarları səsləndiriblər.

Polis metro stansiyalarının girişləri və başqa izdihamlı yerlərdə keşik çəkərək şübhəli görünənlərin çantalarını yoxlayır.

Bir qədər sonra isə aksiya iştirakçıları dairəvi yola doğru polisin də müşayiəti ilə hərəkətə başlayıblar. Hər hansı toqquşma baş verməyib.


Oxunma sayı: 815

Oxşar yazılar