"Azərsu" gücləndirilmiş iş rejiminə keçəcək

  • 10 Avq - 2019

“Azərsu” ASC Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Avropa.info bu barədə quruma istinadən xəbər verir. 

Məlumata görə, səhmdar cəmiyyətinin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün operativ tədbirlər görüləcək.

İstehlakçılar su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun ASC-nin 955 Zəng Mərkəzinə müraciət edə bilər. 


Oxunma sayı: 628

Oxşar yazılar