Atası ilə birləşib qardaşını döydü: Vəziyyəti ağırdı
- 12:59 - 10 Avqust
Sumqayıt şəhərində ailə münaqişəsi döyülmə ilə nətiəcələnib.
APA -nın yerli bürosu xəbər verir ki, ötən gün axşam saatlarında 30 yaşlı Mirzəyev Həsən Hüseynağa oğlu ağır kəllə-beyin travması ilə Sumqayıt Şəhər Təcili Tibbi xəstəxanasına gətirilib. Başından küt alətlə ağır xəsarət alan H.Mirzəyevə tibbi yardım göstərilib və o, xəstəxanada qalmaqdan imtina edib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, H.Mirzəyev ailə münaqişəsi zəminində qardaşı və atası tərəfindən döyülüb.