Komissiya sədri Zaqataladakı zəlzələ ilə bağlı: Tələfat və dağıntı yoxdur – Yenilənib

  • 10 Avq - 2019

Zaqatalada baş verən zəlzələ rayonun bütün kəndlərində hiss edilib.

Avropa.info xəbər verir ki, bunu Trend-ə Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Tofiq Əhmədov deyib.

Onun sözlərinə görə, zəlzələ Zaqatala şəhərində baş verib, dərinliyi 2 km olub və ətraf ərazilərdə 5 bal gücündə hiss edilib.

T.Əhmədov qeyd edib ki, indiyədək olan məlumatlara əsasən, tələfat və dağıntı baş verməyib: "Amma hazırda dəqiqləşdirmələr aparılır. Komissiyalar yerlərdə işləyir".

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Tahir Məmmədli Zaqatalada baş verən zəlzələnin kifayət qədər hiss olunan və orta güclü zəlzələ olduğunu söyləyib.

Qeyd edək ki, bu gün saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,9, dərinliyi 2 km olub.

***

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Avropa.info-ya bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. 

***

Zaqatalada 4,9 ballıq zəlzələ olub. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Avropa.info-ya bildirilib ki, təkanlar yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində qeydə alınıb.

Maqnituda 4.9, dərinliyi 2 km olan zəlzələ hiss olunub. 


Oxunma sayı: 617

Oxşar yazılar