Arvadını öldürdü, qayınanasını bıçaqladı - Qatil məhkəməyə çıxır

  • 10 Avq - 2019

Ucar rayonunda qətl törətməkdə təqsirləndirilən Aruz Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avropa.info ölkə.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqust ayının 19-na təyin olunub.

Qeyd edək ki, hadisə bu il fevral ayında Ucar rayonunun Şamil Fərzəliyev küçəsi, 30 ünvanında baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü A.Tağıyev həyat yoldaşı, 1972-ci il təvəllüdlü Şəhla Tağıyevaya küt alətlə xəsarət yetirib. Şəhla Tağıyeva hadisə yerində ölüb.

Daha sonra o, qayınanası - 1953-cü il təvəllüdlü Zivər Tağıyevaya bıçaqla xəsarət yetirib.
Z.Tağıyeva müxtəlif dərəcəli ağır xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qadının vəziyyəti ağır olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanaların birinə göndərilib.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Cinayətdən sonra A.Tağıyev özünə də bıçaqla xəsarət yetirib və xəstəxanya yerləşdirilib.

Məlumata görə, A.Tağıyev psixi xəstəlikdən əziyyət çəkir.  


Oxunma sayı: 441

Oxşar yazılar