"Qazandığımız nailiyyətlərin arxasında güclü Azərbaycan dövləti və uğurlu siyasət dayanır" – Aqil Acalov

  • 10 Avq - 2019

"Son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu uğurla bütün dünyaya sübut etməkdədir. Bu gün qazandığımız bütün nailiyyətlərin arxasında güclü Azərbaycan dövləti və uğurlu siyasət dayanır". 

Bu sözləri Avropa.info-ya açıqlamasında Avrasiya Kombat Ciu-Citsu Federasiyasının və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov deyib. 

"Ümummilli liderimiz hakimiyyətə qayıtdıqdan sonra Respublika Gənclər və İdman Nazirliyinin, ardıyca İdman Fondunun yaradılması bədən tərbiyəsi və idman sahəsində ciddi dönüş yaratdı. Ulu öndərin bu sahədə həyata keçirdiyi siyasət həmin dövrdən İlham Əliyevin Milli Olimpiya Komitəsinə sədr seçilməsi ilə yeni potensial və mühüm mərhələyə qədəm qoydu. İdman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallaşmasına yaradılan imkanlar müstəqil respublikamızda idmanın inkişafı ilə bağlı perspektivli ideyaların daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi. Bu sahəyə qoyulan sərmayələr, maddi - texniki bazanın möhkəmləndirilməsi və idmançılara dövlət qayğısının artırılması istiqamətində görülən işlər və atılan addımlar ilk dövrlərdən bəhrəsini verməyə başlamışdır. Bu məqamda ulu öndər Heydər Əliyevin artıq illərdir reallıqda öz əksini tapmış "Ölkəmizdə bədən tərbiyəsi və idmanı ümumxalq hərəkatına çevirməliyik" ifadəsini xatırlatmaq istərdim. Belə ki, bugün həqiqətən aparılan düzgün siyasətin və dövlətin idmana qayğısının nəticəsi olaraq bu sahədə kütləviliyin artmasına təkan verilmiş və gəncliyin sağlam inkişafı stimullaşdırılmışdır. Ötən illər ərzində yüksək səviyyədə ev sahibliyi etdiyimiz yerli və beynəlxalq tədbirlər idman dövləti kimi statusumuzu möhkəmləndirilməyə şans yaratmış və ölkəmiz bu sınaqlardan uğurla çıxmışdır. Məhz təşkilati baxımdan yüksək imkanların olması bu kimi bir sıra tədbirlərin məhz Azərbaycanda keçirilməsinə şərait yaratmışdır. Bu həm böyük məsuliyyətdir, həm də uğurlu təşkilati dəstək sayəsində əldə olunan böyük qələbədir. Çünki bir dövlətin siyasi, iqtisadi, mədəni, idman və s sahələrdə inkişafı bir-birilə vəhdət təşkil etdikdə ümumən dövlətin inkişafında və beynəlxalq imicinin formalaşmasında həlledici rol oynayır".


Oxunma sayı: 529

Oxşar yazılar