Yunanıstanda azərbaycanlı haker tutuldu

  • 21:12 - 09 Avqust

Yunanıstan polisi İnterpolun axtarışa verdiyi Azərbaycan vətəndaşını saxlayıb. 

Avropa.info axar.az-a istinadən xəbər verir ki, 42 yaşlı Azərbaycan vətəndaşı Türkiyə və Yunanıstan sərhədində yaxalanıb. 

Belə ki, sərhəddə pasport yoxlanılması zamanı Azərbaycan vətəndaşının kompüter məlumatlarına qeyri-qanuni müdaxilə, fırıldaqçılıq və şantaj ittihamları ilə beynəlxalq axtarışa verildiyi müəyyən edilib. 

Yunan mətbuatı saxlanılan hakerin Frakiya vilayət prokurorluğuna göndərildiyini və onun Azərbaycana ekstradisiya ediləcəyini bildirib.


Oxunma sayı: 4071

Oxşar yazılar