ATƏT PA Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yayıb

  • 09 Avq - 2019

ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tsereteli Qırğızıstanda vəziyyətlə bağlı bəyanat yayıb. 

G. Tsereteli hökuməti və müxalifət üzvlərini təmkin sərgiləməyə, ölkənin Konstitusiyasına və demokratik dəyərlərə uyğun olaraq stabilliyi bərpa etməyə çağırıb. 

O, Qırğızıstanda sonuncu president seçkilərinin və hakimiyyətin bir seçilmiş prezidentdən digərinə nizamlı şəkildə ötürülməsini ATƏT müşahidəçiləri tərəfindən alqışlandığını xatırladıb.

Onun sözlərinə görə, ölkədə demokratik institutların gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi Qırğızıstanın uzunmüddətli stabilliyi və rifahı üçün həlledicidir. 

APA


Oxunma sayı: 771

Oxşar yazılar