Ermənistan Jurnalistlər Birliyinin sabiq rəhbəri barəsində cinayət işi açıldı

  • 09 Avq - 2019

Ermənistan Jurnalistlər Birliyinin sabiq rəhbəri Astxik Qevorqyana qarşı ittiham irəli sürülüb.  

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. 

86 yaşlı Astxik Qevorqyana qarşı Cinayət Məcəlləsinin 325-ci maddəsi  - saxtalaşdırma, saxta möhürlərin hazırlanması və istifadəsi, rəsmi sənədlərin satışı ilə bağlı ittiham irəli sürülüb.

Ondan ölkədən çıxmamaqla bağlı iltizam alınıb. 

APA


Oxunma sayı: 881

Oxşar yazılar