Türkiyyəi səfər edən Ermənistan vətəndaşlarının sayı artıb

  • 11:15 - 09 Avqust

Son illər Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı artıb.

Bu məlumatı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Bildirilib ki, bu ilin yanvar-iyun aylarında Türkiyəni ziyarət edən Ermənistan vətəndaşlarının sayı 23 min 160 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 faiz çoxdur.

Bu ilin iyun ayında Türkiyəyə Ermənistanın 5 min 67 vətəndaşı səfər edib. Bu, hesabat dövrü ilə müqayisədə 22 faiz çoxdur.

Ermənistan vətəndaşları Türkiyəyə daha çox ticarət məqsədi ilə gedirlər. Onlar hesab edirlər ki, Türkiyədə istehsal olunan mallar İran məhsullarından keyfiyyətli və sərfəlidir.

Report


Oxunma sayı: 7690

Oxşar yazılar