Bakının magistral yollarında sürət həddi 20 km/saata endirildi

  • 10:59 - 09 Avqust

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat verib.

Qeyd olunur ki, bəzi yollarda yağış suyunun yığılması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Bu səbəbdən də bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr müşahidə edilib.

“Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaq tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir”, - məlumatda qeyd olunur.


Oxunma sayı: 5699

Oxşar yazılar