Dövlət orqanlarında çalışan bu şəxslərin maaşı artırıldı

  • 10:48 - 09 Avqust

Nazirlər Kabineti “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edib.

Qərarla dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilib.

Qeyd edək ki, qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Sıra №-si Aylıq vəzifə maaşının məbləği (manatla)
1.Ali kateqoriya dövlət orqanlarında310
2.1-ci kateqoriya dövlət orqanlarında295
3.2-ci və 3-cü kateqoriya dövlət orqanlarında280
4.4-cü və 5-ci kateqoriya dövlət orqanlarında260

 


Oxunma sayı: 9142

Oxşar yazılar