“Bney Yehuda”nın oyunçusu “Neftçi” ilə oyundan sonra xəstəxanaya aparılıb

  • 10:21 - 09 Avqust

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” – “Bney Yehuda” qarşılaşmasında zədələnən Ben Arinin durumuna aydınlıq gəlib.

2:2 hesabı ilə nəticələnən matçın gedişində xəsarət alan futbolçu hakimin final fitindən sonra xəstəxanaya çatdırılıb.

Onda dirsək sümüyünün qırığı və bağlarının zədəsi aşkarlanıb. Bakıda müayinə olunan və qoluna gips qoyulan futbolçu xəstəxanadan buraxılıb. Onun təkrar müayinəsi İsraildə olacaq.

APA


Oxunma sayı: 5336

Oxşar yazılar