“Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinala vəsiqə qazanıb

  • 08 Avq - 2019

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində iştirak edən snayperlərimiz yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, püşkatmanın nəticələrinə əsasən yarımfinal yarışlarına komandamız dördüncü qatılacaq.

Növbəti mərhələyə hazırlıq dövründə komandalar atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə təhkim edilən silahlardan sınaq və sıfırlama atışları ediblər.


Oxunma sayı: 507

Oxşar yazılar