Pakistan Kəşmirlə bağlı güc tətbiq etməyəcək

  • 08 Avq - 2019

Pakistan hökuməti Kəşmirdəki məsələnin hərbi güc vasitəsilə həllinə diqqət ayırmır.

Bu barədə ölkənin xarici işlər naziri Şah Mahmud Qureşi İslamabaddakı mətbuat konfransında bildirib.

Bu həftə Hindistanda Cəmmu və Kəşmir ştatının xüsusi statusunun ləğv olunması ilə bağlı fikir bildirən pakistanlı nazir bununla belə Hindistan tərəfindən hər hansı təcavüzkar addımlara eyni şəkildə cavab vermək hüququnu özlərində saxladıqlarını da vurğulayıb.

Məsələni BMT Təhlükəsizlik Şurasında qaldırmaq fikrində olduqlarını diqqətə çatdıran nazir Hindistanın bu addımını tarixi, hüquqi və mənəvi baxımdan səhv kimi qiymətləndirib.

Bu həftə Hindistanın baş naziri Narendra Modi tərəfindən verilən qərarla sözügedən ştat dövlət nəzarətinin artırılacağı iki federal bölgəyə bölünəcək.

 

 

report


Oxunma sayı: 375

Oxşar yazılar